Xankəndidə “Halo Trust” qeyri-hökumət təşkilatının bazası və yararsız minatəmizləmə avadanlıqları aşkarlanıb

post-img

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) icra etdiyi humanitar minatəmizləmə fəaliyyətləri zamanı Xankəndi şəhəri ərazisində “Halo Trust” qeyri-hökumət təşkilatının bazası aşkarlanıb.

ANAMA-nın mətbuat xidmətindən XQ-ə bildirilib ki, beynəlxalq humanitar qeyri-hökumət təşkilatı olan “Halo Trust”a məxsus bazada qəsdən yararsız hala salınmış xeyli sayda minatəmizləmə avadanlıqları, detektorlara rast gəlinib.

Halbuki bu avadanlıqlar humanitar minatəmizləmə əməliyyatlarında istifadə edilə və mina təhlükəsinin aradan qaldırılmasına xidmət edə bilərdi. Lakin təhlükəsiz mühitin yaradılması məqsədilə istifadə üçün nəzərdə tutulan maddi-texniki vasitələr qəsdən məhv edilib.









Son xəbərlər