Xoşbəxt Yusifzadə dəfn olundu

post-img

Dünən Azərbaycan Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, görkəmli neftçi-geoloq, akademik Xoşbəxt Bağı oğlu Yusifzadə ilə vida mərasimi keçirilib, mərhum Fəxri xiyabanda dəfn olunub.

Milli Elmlər Akademiyası Rəyasət Heyətinin binasında təşkil edilən məra­simə Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın adından ək­lillər göndərilib.

Mərasimdə mərhumun ailəsi, yaxın­ları ilə yanaşı, Baş nazir Əli Əsədov və müavinləri, həmçinin bir sıra dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları və media mənsubları iştirak ediblər.

Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövşən Nəcəf Xoşbəxt Yu­sifzadənin Xəzər dənizində, keçmiş So­vet İttifaqında neft-qaz sektoru ilə bağlı layihələrin altında mötəbər imzasının ol­duğunu deyib. O qeyd edib ki, görkəmli neftçi-geoloqun rəhbərliyi və bilavasitə iştirakı ilə dəniz neft-qaz yataqlarının iş­lənilməsinin nəzəri əsasları hazırlanıb və uğurla həyata keçirilib: “Xoşbəxt Yu­sifzadə bizim hamımızın müəllimi olub. Onun neft-qaz sənayesinin inkişafında rolu əvəzsizdir. Xoşbəxt müəllimdə istə­nilən sualın cavabı olurdu. O, Ulu öndər Heydər Əliyevin prezidentliyi zamanında neft emalında birinci milyard tonun, Pre­zident İlham Əliyevin hakimiyyəti zama­nında isə ikinci milyard tonun şahidi olub. Xoşbəxt Yusifzadənin keçdiyi yol bütün gənclər, neftçilər üçün nümunədir”.

Akademik Akif Əlizadə Xoşbəxt Yu­sifzadənin vəfatını Azərbaycan elmi üçün olduqca böyük itki adlandırıb: “Xoşbəxt müəllim Xəzər neftinin vurğunu idi. Onun üçün Xəzər neftinin və qazının ayrıca bir özəlliyi, dəyəri var idi. Xoşbəxt müəllim Azərbaycan neftinin dünyaya layiqli for­mada təqdim edilməsinə nail oldu. Bu gün Prezident İlham Əliyevin rəhbərlik etdiyi dövlət siyasəti ilə həmin neft və qaz Av­ropanın ən ucqar nöqtələrinə belə gedir”.

AMEA prezidenti akademik İsa Hə­bibbəyli Xoşbəxt Yusifzadənin Azərbay­can neft sektoruna və ümumilikdə Azər­baycan elminə xidmətlərindən söz açıb: “Xoşbəxt Yusifzadə Azərbaycan üçün əvəzsiz xidmətlər göstərmiş dəyərli alim idi. Onun bu xidmətlərini Ulu öndər Hey­dər Əliyev və Prezident İlham Əliyev yük­sək dəyərləndirib”.

Elm və təhsil naziri Emin Əmrullayev Xoşbəxt Yusifzadənin Azərbaycan el­minə, neft-qaz hasilatına verdiyi töhfələr­dən bəhs edib.

Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov Xoşbəxt Yusifzadə ilə dostluq münasibətlərindən danışıb.

Vida mərasimindən sonra mərhumun cənazəsi Fəxri xiyabana aparılıb və dəfn olunub.

XQ

Son xəbərlər