Reinteqrasiya üçün müraciətlər artıb

post-img

Dövlət Miqrasiya Xidməti və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Qarabağdakı ermənilərin reinteqrasiyası prosesi ilə bağlı birgə məlumat yayıb. 

Məlumatda Qarabağ bölgəsində sosial, humanitar, iqtisadi və infrast­ruktur məsələlərinin həlli üzrə İşçi qrupa verilən müvafiq tapşırıqlar çər­çivəsində Dövlət Miqrasiya Xidməti və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bölgədə müvafiq işlərin davam etdirildiyi vurğulanıb. 

Bildirilib ki, reinteqrasiya prosesinə qoşulmaq məqsədilə ilkin qeydiyyata alınmaq üçün fiziki olaraq yerində 13 nəfər, bu məqsədlə yaradılmış xüsusi portal reintegration.gov.az vasitəsilə elektron qaydada 2 nəfər olmaqla, ümumilikdə 15 nəfər sakin könüllü şəkildə zəruri olan bütün məlumatları təqdim edərək Dövlət Miqrasiya Xid­mətinə müraciət edib. Sakinlərin hər birinin ilkin qeydiyyata dair müraciətlə­ri qəbul edilib və onlara müraciətlərinin icrası barədə əlavə məlumat veriləcəyi bildirilib. Müraciət edənlər Qarabağ iq­tisadi rayonunda yaşamaq və Ermə­nistan vətəndaşlığından çıxaraq Azər­baycan Respublikası vətəndaşlığını əldə etməklə Azərbaycan dövlətinin himayəsindən istifadə etmək istədiklə­rini çatdırıblar. Bundan başqa, Dövlət Miqrasiya Xidməti tərəfindən bölgədə səyyar qəbul zamanı sakinlərlə hüquqi maarifləndirmə işləri aparılıb, onlara reinteqrasiya prosesi barədə məlumat verilib. 

Həmçinin reinteqrasiya ilə bağlı müraciətlərin qəbulu, icrası və maarif­ləndirmə işinin aparılması reintegrati­on.gov.az (Çağrı Mərkəzi, WhatsApp, Çat və elektron poçt da daxil olmaqla) portalı vasitəsilə həyata keçirilir. Bu günədək portal vasitəsilə Dövlət Miq­rasiya Xidmətinə ümumilikdə 98 müra­ciət daxil olub. Müraciətlərin əksəriy­yəti reinteqrasiya prosesinə marağını ifadə edən şəxslər tərəfindən sorğu, həmçinin ilkin qeydiyyatdan keçmək üçün məlumat və dəstək xarakterli olub və hər biri müvafiq qaydada ca­vablandırılıb. 

Həmçinin bölgəyə ezam olunan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əməkdaşları humanitar və­ziyyətlə əlaqədar cari ehtiyacların müəyyən edilməsi üçün sakinlərlə il­kin sosial-psixoloji, sosial xidmətlərə, reabilitasiya xidmətlərinə dair qiymət­ləndirmə və maarifləndirmə işi aparıb, ehtiyacları müəyyənləşdirib, həmçinin əlillik və reabilitasiya xidmətlərinə dair məsləhətlər veriblər. 

XQ

Son xəbərlər