Qarabağda yaşayan erməniəsilli sakinlərin Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq vətəndaşlıq məsələlərinə baxılması, onların pasportlaşdırılması, şəxsiyyət vəsiqələri ilə təmin edilməsi işi diqqətdə saxlanılır.
Bu istiqamətdə müraciət edən şəxslər var. Erməniəsilli sakinlərin əsas müraciətləri onların təhlükəsizliyi, sağlamlığı ilə bağlıdır. Yaşlı insanlar müvafiq olaraq tibbi heyətlə təmin olunub, onlar çadırlara köçürülüb.
Bunu jurnalistlərə müsahibəsində Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev bildirib.
O vurğulayıb ki, Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumları tərəfindən Füzuli, Ağdam və Kəlbəcərdə çadırlar quraşdırılıb, həmin şəxslər orada yerləşdirilib. Onlar gündəlik 24 saat fasiləsiz yeməklə təmin olunur. Eləcə də tibbi personal sağlamlıqları ilə bağlı məsələləri diqqətdə saxlayır.
XQ