Azərbaycan MN həlak olmuş sülhməramlılarla bağlı başsağlığı verib

post-img

Sentyabrın 20-si Canyataq yaşayış məntəqəsi yaxınlığında Rusiya Federasiyasının sülhməramlı kontingentinə məxsus UAZ Patriot avtomobilinin atəşə tutulması nəticəsində sülhməramlı kontingentin hərbi qulluqçularının faciəvi şəkildə həlak olması faktı qeydə alınıb.

Müdafiə Nazirliyinin mətbuat xidmə­tindən XQ-yə verilən məlumata görə, hadisənin başvermə səbəblərini araş­dırmaq üçün Azərbaycan və Rusiyanın istintaq orqanları yerində əməkdaşlıq şəraitində çalışırlar.

“Baş vermiş hadisədən təəssüf hissi keçirir, Rusiyanın Müdafiə Nazirliyinin rəhbərliyi, Rusiya sülhməramlı kontin­gentinin komandanlığı və həlak olmuş hərbi qulluqçuların ailələri və yaxınları­na dərin hüznlə başsağlığı verir, səbir diləyirik”, - məlumatda qeyd edilib.

Son xəbərlər