Qarabağda əməliyyat qələbə ilə bitdi

post-img

Xarici diplomatik korpus üçün brifinq

Sentyabrın 20-də Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov və xarici işlər nazirinin müavini Fariz Rzayevin iştirakı ilə Xarici İşlər Nazirliyində Azərbaycan Respublikasında akkreditə olunmuş diplomatik korpus üçün brifinq keçirilib.

Brifinq zamanı aşağıdakı əsas məqamlar diqqətə çatdırılıb:

• Sentyabrın 19-da Azərbaycanın Qa­rabağ bölgəsindəki erməni silahlı qüvvələ­ri bir sıra genişmiqyaslı hərbi təxribatlar və terror hücumları törədib.

• Erməni kəşfiyyat-diversiya qrupları tərəfindən Əhmədbəyli–Füzuli–Şuşa av­tomobil yolunda terror məqsədilə əvvəl­cədən quraşdırılmış minaların partlaması nəticəsində mülki şəxslər və Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qul­luqçuları həlak olub və yaralanıb. Bununla yanaşı, ordumuzun bölmələri minaatan­lardan və müxtəlif çaplı atıcı silahlardan atəşə tutulub. Nəticədə, Azərbaycan Or­dusunun iki hərbi qulluqçusu yaralanıb.

• Sentyabrın 19-da Azərbaycanın Qa­rabağ bölgəsində qanunsuz yerləşdirilmiş erməni silahlı qüvvələrinin növbəti terror aktı nəticəsində Ağdam və Şuşa şəhər­lərində müvafiq olaraq iki mülki əməkdaş həlak olub.

• Erməni silahlı qüvvələrinin döyüş mövqelərini gücləndirməsi və bölmələrini yüksək döyüş hazırlığı səviyyəsinə gətir­məsi Azərbaycan Ordusunun bölmələri tərəfindən təsbit edilib.

• Sadalanan amillər fonunda, Qarabağ iqtisadi rayonunda yerləşdirilmiş erməni silahlı qüvvələrinin təxribatların qarşısı­nın alınması, habelə üçtərəfli Bəyanatın müddəalarının icrasının təmin olunması, Ermənistan silahlı qüvvələrinin birləş­mələrinin tərk-silah edilərək ərazilərimiz­dən çıxarılması, onların hərbi infrastruk­turunun zərərsizləşdirilməsi, dinc əhali, o cümlədən ərazidə aparılan bərpa-qurucu­luq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respub­likasının Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarak­terli antiterror tədbirlərinə başlanılıb.

• Görülən tədbirlər çərçivəsində Er­mənistan silahlı qüvvələrinin birləşmələ­rinin ön xətt və dərinlikdə olan mövqeləri və uzunmüddətli atəş nöqtələri, eləcə də hərbi təyinatlı obyektləri yüksək dəqiqlikli silahların tətbiqi ilə sıradan çıxarılıb.

• Antiterror tədbirləri müstəsna olaraq qanunsuz hərbi birləşmələri və hərbi inf­rastrukturu hədəf alıb. Mülki əhali və ob­yektlərə heç bir halda hücum edilməyib. Bununla bağlı hər hansı iddia əsassız və qəbuledilməzdir.

• Ermənistan silahlı qüvvələrinin bir­ləşmələri tərəfindən yaşayış yerlərinin yaxınlığında hərbi infrastrukturun yerləş­dirilməsini nəzərə alaraq, Azərbaycan ərazidə olan mülki əhalini hərbi obyekt­lərdən kənar durmağa çağırıb. Mobil SMS xidməti, səsgücləndirici texniki vasitələr və məlumat vərəqələri vasitəsilə Azərbay­canın Qarabağ bölgəsinin erməni sakinlə­ri müvafiq olaraq məlumatlandırılıb.

• Azərbaycan Respublikasının qanun­larına və beynəlxalq humanitar hüququn normalarına uyğun olaraq təhlükəsizliyinə zəmanət verilən inzibati, sosial, təhsil, tib­bi, dini və digər obyektlərin mühafizə və müdafiəsi təşkil olunub.

• Əhalinin təhlükəli ərazidən təxliyəsini təmin etmək üçün Laçın yolu üzərində və digər istiqamətlərdə humanitar dəhliz və qəbul məntəqələri yaradılıb.

• Azərbaycan tərəfi 2020-ci il noyab­rın 10-da imzalanmış üçtərəfli Bəyanatın müddəalarına zidd olaraq Azərbaycanın Qarabağ bölgəsindəki Ermənistan silahlı qüvvələrinin birləşmələrinin mövcudluğu­nu davam etdirməsinin regional sülh və sabitlik üçün ciddi təhlükə mənbəyi oldu­ğunu dəfələrlə bəyan edib.

• Bölgədə sülhə və sabitliyə nail olma­ğın yeganə yolu erməni silahlı qüvvələri­nin Azərbaycanın Qarabağ bölgəsindən qeyd-şərtsiz və tamamilə çıxarılması, qondarma rejimin buraxılmasıdır.

• Azərbaycanın suveren ərazilərində beynəlxalq hüquqa zidd olaraq istənilən hərbi mövcudluq regional sülh və təhlükə­sizliyə ciddi təhdiddir və Azərbaycanın hərəkətləri müstəsna olaraq bu qanunsuz qüvvələrin sıradan çıxarılmasına və qon­darma rejimin buraxılmasına yönəlib.

• Qarabağın erməni sakinlərinin nü­mayəndələrinin Rusiya sülhməramlı kontingenti vasitəsilə müraciətini nəzərə alaraq, tam atəşkəs haqqında razılaşma əldə olundu və 2023-cü il sentyabrın 20-də saat 13:00-da lokal xarakterli antiterror tədbirləri dayandırıldı.

• Razılaşmaya əsasən, Azərbaycan Respublikasının Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silah­lı dəstələri silahı yerə qoymalı, döyüş mövqelərindən və hərbi postlardan çıx­malı və tam şəkildə tərk-silah olunmalıdır.

• Razılaşmanın icrası Rusiya sülhmə­ramlı kontingenti ilə əlaqələndirilmiş şəkil­də həyata keçiriləcəkdir.

• Sentyabrın 21-də Yevlax şəhərində Azərbaycanın Qarabağ bölgəsində ya­şayan erməni sakinlərinin nümayəndələri ilə Azərbaycan Respublikasının Konstitu­siyası və qanunları çərçivəsində reinteq­rasiya məsələlərini müzakirə etmək üçün görüş keçiriləcək.

XQ



Son xəbərlər