Baş Prokurorluq: Ermənilərin mülki şəxslərə qarşı cinayətləri davam edir

post-img

Azərbaycanın Qarabağ bölgəsində qanunsuz yaradılmış Ermənistan silahlı qüvvələrinin birləşmələri tərəfindən dünən iri çaplı silahlardan, o cümlədən, minaatanlardan atəşə tutularaq törədilən terror hücumları nəticəsində 2 mülki şəxs – Şuşa şəhərində mənzil-kommunal və təmir xidməti mühəndisi işləyən 1967-ci il təvəllüdlü Vidadi Fərhadov adlı şəxs qətlə yetirilib, Ağdam rayonunda isə ərazidə bərpa quruculuq işləri aparan şirkətlərdən birinin ekskavator operatoru 1992-ci il təvəllüdlü mülki şəxs Mehman Həsənovun çoxsaylı qəlpə xəsarətləri yetirilməklə qəsdən öldürülməsinə cəhd edilib. 

XQ xəbər verir ki, bu sözləri Baş Pro­kurorluğun mətbuat xidmətinin böyük pro­kuroru Kənan Zeynalov sentyabrın 20-də keçirilən brifinqdə söyləyib.

"Bütün bunlar onu göstərir ki, qanun­suz erməni silahlı birləşmələri yenə də əvvəlki dövrdə olduğu kimi mülki şəxslərə qarşı terror cinayətlərini törətməkdə da­vam edir. Baş vermiş hər bir faktla bağlı cinayət işləri başlanmaqla istintaq aparılır, hazırkı şəraitdə prokurorluq əməkdaşları tərəfindən mümkün olan istintaq hərəkət­ləri aparılır, həmçinin mülki infrastruktur obyektlərinə dəymiş ziyanın məbləğini müəyyən etmək məqsədilə müvafiq eks­pertizalar təyin edilib. Təəssüflər olsun ki, dünəndən bəri bəzi sosial şəbəkə istifa­dəçiləri tərəfindən əhalinin həssas olduğu mövzulara dair, xüsusilə yalandan çoxlu sayda şəhidlərimizin olması barədə süni ajiotaja səbəb olan, rəsmi dövlət qurum­ları ilə dəqiqləşdirilməmiş informasiyalar ictimailəşdirilir. 

Nəzərə çatdırılır ki, internet informasiya ehtiyatında və ya informasiya-telekommu­nikasiya şəbəkəsində yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi, ha­belə belə informasiyanın yerləşdirilməsinin qarşısının alınmaması məsuliyyətə səbəb olur", – K.Zeynalov vurğulayıb. O bildirib ki, hüquq-mühafizə orqanları hazırda koor­dinasiyalı fəaliyyət göstərir və bu tipli istə­nilən qanunsuz hərəkətin qarşısı alınacaq: “Qanunsuz hərəkətə yol vermiş şəxslər məsuliyyətə cəlb olunacaq. Əminliklə bildi­ririk ki, Azərbaycan xalqı 44 günlük Vətən müharibəsi dövründə olduğu kimi, yenə də vətəndaş-dövlət birliyini nümayiş etdirəcək və qanunsuz əməllərə yol verilməyəcək”, – deyə K.Zeynalov vurğulayıb.

***

Bildiyiniz kimi, silahlı qüvvələrimiz tərəfindən lokal xarakterli antiterror tədbir­ləri çərçivəsində mülki şəxslər və heç bir mülki obyekt hədəfə alınmır. Yalnız legitim hərbi hədəflər zərərsizləşdirilir. Lakin qa­nunsuz erməni silahlı birləşmələri tərəfin­dən 44 günlük Vətən müharibəsi dövrün­də olduğu kimi, terror hücumları davam etdirilir, yenə də mülki şəxslər, mülki inf­rastrukturu və yaşayış binaları hədəfə alı­nır. Bu sözləri Baş Prokurorluğun mətbuat xidmətinin böyük prokuroru Kənan Zey­nalov dünən keçirilmiş brifinqdə söyləyib. O qeyd edib ki, qanunsuz erməni silahlı birləşmələri tərəfindən sentyabrın 19-da törədilmiş terror aktı nəticəsində qətlə ye­tirilmiş Azərbaycan Avtomobil Yolları Döv­lət Agentliyinin 2 əməkdaşı işğaldan azad olunan ərazilərimizdə yol infrastrukturu­nun qurulması məqsədilə orada çalışırdı. Qanunsuz erməni silahlı birləşmələrinin təxribat-diversiya qrupu tərəfindən yerləş­dirilmiş minaya düşərək partlamış, törədil­miş terror aktı nəticəsində 4 polis əmək­daşı isə hər hansı hərbi əməliyyatlara cəlb olunmayan, sadəcə qeyd olunan ərazidə ictimai-asayişi bərpa etmək məqsədilə ezam olunmuş şəxslər idi.

XQ

Son xəbərlər