Elçin Əmirbəyov: Azərbaycan problemi özü həll etməli oldu

post-img

Azərbaycan öz işini özü həll etməyə məcbur oldu. Dünya dövlətlərinin atacağı bəzi addımlar isə sülh gündəliyinə mane ola bilər. Azərbaycanın bu müraciətinin eşidiləcəyinə ümid edirəm.

XQ xəbər verir ki, bu sözləri sen-tyabrın 20-də Azərbaycan Prezidenti­nin xüsusi tapşırıqlar üzrə nümayən­dəsi Elçin Əmirbəyov bölgədəki son vəziyyətlə bağlı Xarici İşlər Nazirliyində Azərbaycanda akkreditə olunmuş dip­lomatik korpus üçün keçirilən brifinqdə söyləyib.

O qeyd edib ki, Ermənistan tərəfi bu gün əldə olunan razılığı tam şəkildə icra edəcək. Bu isə öz növbəsində sülh prosesinə təkan verəcək.

Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsinin sözlərinə görə, Azər­baycan bundan sonra əsas məsələlərə diqqət yetirə biləcək.

Qarabağda olan qanunsuz silahlılar hər gün yüzlərlə insanımızın həyatına ciddi təhlükə törədir. Üç ilə yaxındır ki, həmin ərazimizdə 10 minə yaxın qey­ri-qanuni silahlı mövcuddur. 

XQ

Siyasət