Azərbaycan keçirdiyi antiterror tədbirlərində bütün hədəflərə selektiv və diqqətlə, ehtiyatla və həssaslıqla yanaşdı, heç bir mülki obyektə zərbələr endirilmədi.
XQ xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bu gün keçirilən brifinqdə bildirib.
Prezidentin köməkçisi qeyd edib ki, bu antiterror tədbirləri Qarabağ sakinlərinin telefonlarına göndərilmiş SMS-lər vasitəsilə onlara xəbərdarlıq edilirdi ki, onlar hərbi obyektlərdən uzaq dursunlar.
Prezidentin köməkçisi daha sonra deyib: Qarabağın erməni sakinlərinin sosial-iqtisadi inteqrasiyası Azərbaycanın daxili məsələsidir. O qeyd edib ki, Qarabağın erməni sakinlərinin geniş formada sosial-iqtisadi inteqrasiyası üçün plan hazırdır və bu, müvafiq aidiyyəti qurumlarla birlikdə hazırlanıb.Bir daha bildiririk ki, Azərbaycanın məqsədi Qarabağın erməni sakinlərinin sülh şəraitində inteqrasiyasıdır. Biz Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılmasının tərəfdarıyıq. Amma müstəqil Azərbaycan Respublikasının ərazisində 10 minlərlə bir hərbi qüvvənin olması qəbuledilməz idi.
XQ