Qarabağın erməni sakinlərinin nümayəndələri ilə 2023-cü il sentyabrın 21-də Yevlaxda görüş keçiriləcək. Bu barədə Prezident Administrasiyasının açıqlamasında bildirilib.
Qeyd olunub ki, görüş Prezident Administrasiyasının təklif etdiyi kimi, Azərbaycan Respublikasının Konstitusiyası və qanunları əsasında reinteqrasiya məsələlərinin müzakirəsi məqsədi daşıyır.
XQ