Heydər Əliyev Fondu 500-cü məktəbi də istifadəyə verdi

post-img

Bunun son 19-u müəllim və şagirdlərə yeni tədris ilində hədiyyə edildi

Heydər Əliyev Fondunun “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində 2004-cü ildən ölkənin şəhər və rayonlarında 500 məktəb tikilib və təmir olunub. Fond builki Bilik Günündə 500-cü məktəbi Şamaxı rayonunun Göylər kəndində istifadəyə verib. 

Açılış mərasimində iştirak edən Azər­baycan Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov, Şamaxı Rayon İcra Haki­miyyətinin başçısı Tahir Məmmədov və Dağlıq Şirvan Regional Təhsil İdarəsinin müdiri Rövşən Əliyev məktəbdə yaradılan şəraitlə tanış olublar.

Anar Ələkbərov şagirdlər və valideyn-lərlə də görüşüb, Azərbaycan Preziden­ti İlham Əliyev və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın salamlarını çatdırıb. Prezidentin köməkçisi bildirib ki, yeni tədris ilində Heydər Əliyev Fondu Ba­kıda və regionlarda əsaslı təmir və bərpa olunan, eləcə də yeni inşa edilən 22 təhsil ocağını – 19 məktəb və 3 məktəbəqədər müəssisəni müəllim və şagirdlərin istifa­dəsinə verib. Tədris ili ərzində fondun inşa və təmir etdirdiyi daha 10 məktəbin açılışı nəzərdə tutulur. O, yeni məktəb binasın­da şagirdlərin yaxşı oxumaları üçün hər cür şərait yaradıldığını söyləyib, uşaqlara yaxşı oxumağı tövsiyə edib. 

Bildirilib ki, 1975-ci ildə inşa olunan Göylər kənd 1 saylı tam orta məktəbin binası ötən müddət ərzində istifadəyə ya­rarsız vəziyyətə düşmüşdü. Heydər Əliyev Fondunun dəstəyi ilə yanvar ayından baş­lanan tikinti işləri nəticəsində 624 şagird yerlik yeni məktəb binası inşa olunub. Üç­mərtəbəli 4 korpusdan ibarət bina zəruri mebel və avadanlıqlarla, fənn kabinetləri və laboratoriyalar əyani vəsaitlərlə təchiz edilib. 

Məktəbin direktoru Əliyusif Qəniyevdeyib ki, məktəb binası yararsız olduğun­dan şagirdlərin yüksək səviyyədə təhsillə təmin olunmasında bəzi çətinliklər ya­şanırdı. Lakin Heydər Əliyev Fondunun dəstəyi ilə inşa olunan yeni bina bütün bu problemləri arxada qoyub. Heydər Əliyev Fonduna, onun rəhbəri Mehriban xanım Əliyevaya dərin minnətdarlığımızı bildiri­rik ki, bizə, şagirdlərə belə gözəl məktəb hədiyyə etdi. 

Valideynlər də belə gözəl məktəb bi­nasının inşa olunmasından minnətdarlıq­la söz açıblar: “Sevinirik ki, uşaqlarımız üçün belə gözəl, yeni məktəb binası tiki­lib. Əvvəlki bina yararsız idi. Sağ olsun Heydər Əliyev Fondu, onun rəhbərliyi, bi­zim uşaqlar üçün belə gözəl şərait yara­dıb. İnşallah, uşaqlarımız da bu qayğıya yaxşı oxumaqla cavab verərlər, ali mək­təblərə qəbul olunarlar”.

Binanın girişində şagirdləri Ulu öndə­rimizin bu sözləri qarşılayır: “Bizim borcu­muz, vəzifəmiz şərait yaratmaqdan ibarət­dir ki, hər bir gənc, hər bir uşaq istedadını inkişaf etdirə bilsin, ona imkan yaransın”. 

***

Dünən Azərbaycan Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov, elm və təhsil naziri Emin Əmrullayev və icti­maiyyət nümayəndələri Göyçay, İsma­yıllı və Qəbələdə yeni istifadəyə verilən təhsil müəssisələrinin də açılışında iş­tirak ediblər.

1969-cu ildə inşa olunan Məhəm­məd Füzuli adına Göyçay şəhər 6 say­lı tam orta məktəbin binası istifadəyə yararsız vəziyyətə düşmüşdü. Heydər Əliyev Fondu 2023-cü ilin yanvar ayın­dan burada əsaslı təmir-bərpa işlərinə başlamışdı. Qısa zamanda görülən işlər nəticəsində bir korpusu 3 mərtəbə, digər korpusları 2 mərtəbə olmaqla, 4 korpus­dan ibarət 624 şagird yerlik təhsil müəs­sisəsi istifadəyə verilib. Məktəbdə 30 sinif otağı, fizika, kimya, biologiya laboratori­yaları, informatika, hərbi təlim, qızlar və oğlanlar üçün əmək təlimi otaqları, kitab-xana, yeməkxana, akt və idman zalları, açıq idman meydançası yaradılıb. Təhsil müəssisəsi zəruri mebel və avadanlıqla, fənn kabinetləri və laboratoriyalar əyani vəsaitlərlə təmin edilib, 

Heydər Əliyev Fondunun təhsil sahəsində layihələri ötən müddətdə İsmayıllı rayonunu da əhatə edib. Bu günədək Fond İsmayıllı şəhərində, elə­cə də rayonun müxtəlif kəndlərində orta məktəb, uşaq bağçaları istifadəyə verib. Heydər Əliyev Fondunun yeni tədris ilində İsmayıllı rayonunda təhsil sahəsində gör­düyü işlərə biri də əlavə olunub. Fondun təşəbbüsü ilə burada 280 şagird yerlik 4 saylı tam orta məktəb üçün yeni bina ti­kilib. 1979-cu ildə inşa olunmuş İsmayıllı şəhər 4 saylı tam orta məktəb ötən müd­dət ərzində istifadəyə yararsız vəziyyətə düşmüşdü. Heydər Əliyev Fondu tərəfin­dən bu ilin yanvar ayında başlanılan tikinti işləri nəticəsində 3 korpusdan ibarət təhsil ocağı inşa olunub.

Qəbələnin Nic qəsəbəsində HeydərƏliyev Fondunun təşəbbüsü ilə 1 nömrəli tam orta məktəbin binası inşa edilərək istifadəyə verilib. Azərbaycan Prezidenti İlham Əliyev və birinci xa­nım, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın 2021-ci ilin may ayında Qəbələnin Nic qəsəbəsindəki Müqəddəs Məryəm Ana Alban kilsəsində fondun apardığı bərpa işləri ilə tanışlığı zamanı Alban-Udi Xristian Dini İcması­nın sədri Robert Mobili dövlət başçısına burada 150 yaşı olan məktəbin təmiri ilə bağlı müraciət etmişdi. Bununla əlaqədar olaraq Heydər Əliyev Fondu tərəfindən 1 nömrəli məktəb üçün yeni binanın inşası­na başlanılmışdı. 

Bilik Günündə istifadəyə verilən 2 mərtəbəli 200 şagird yerlik 1 nömrəli tam orta məktəbdəki fənn kabinetləri və labo­ratoriyaları lazımi avadanlıqla və əyani vəsaitlərlə təchiz edilib. Məktəbdə kitab-xana, yeməkxana, akt zalı, idman zalı və açıq idman meydançası şagird və müəl­limlərin istifadəsinə verilib. Təhsil ocağı­nın həyətində abadlıq və yaşıllaşdırma işləri görülüb.



Son xəbərlər