“Yaşıl enerji məkanı” İşçi qrupunun iclası

post-img

“Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın 2023-cü il üçün nəzərdə tutulmuş hədəfləri çər­çivəsində cari ilin birinci yarım ili üzrə monito­rinq və qiymətləndirilməsinə dair “Yaşıl enerji məkanı” məqsədi üzrə ümumi hesabatın “Yaşıl enerji məkanı” İşçi qrupunda hibrid formatın­da müzakirəsi keçirilib.

Energetika Nazirliyinin mətbuat xidmətinin məlumatına əsasən, qrupun sədri, energetika na­zirinin müavini Elnur Soltanov “Azərbaycan Res­publikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda “Təmiz ətraf mühit və “Yaşıl artım” ölkəsi” milli prioriteti üzrə nəzərdə tutulan tədbirlərdən bəhs edib, əsas hədəf indika­torlarından birinin elektrik enerjisi istehsalının qo­yuluş gücündə bərpa olunan enerji mənbələrinin payının artırılması olduğunu vurğulayıb. “Yaşıl enerji məkanı” məqsədi ilə yanaşı, xüsusi olaraq işğaldan azad edilmiş ərazilərdə və Naxçıvanda “yaşıl enerji” zonasının yaradılması istiqamətində müvafiq tədbirlərin həyata keçirildiyini bildirib.

Daha sonra işçi qrupun sədr müavini, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi­nin icraçı direktorunun müavini Ramil Hüseyn “Yaşıl enerji” məkanı üzrə tərəqqi hesabatını təq­dim edib. O, bu sahədə davamlı inkişaf üçün yaxşı zəmin formalaşdırıldığını diqqətə çatdırıb. 

İclasda “Yaşıl enerji məkanı” məqsədi üzrə fəaliyyət istiqamətləri və hədəflərlə bağlı görülən tədbirlər haqqında danışılıb, energetika sekto­runda tənzimləyici mühitin təkmilləşdirilməsi, bərpaolunan enerji mənbələrindən istifadənin artırılması, bu sahəyə xarici investorların cəlbi, yeni generasiya güclərinin enerji sisteminə in­teqrasiyası və digər məsələlərlə bağlı fikir mü­badiləsi aparılıb. İşçi qrupu üzvlərinin hesabatla bağlı rəyləri dinlənilib, təklif və tövsiyələr nəzərə alınmaqla hesabat layihəsinin təkmilləşdirilməsi məqsədəuyğun bilinib.

Qeyd edək ki, Nazirlər Kabinetinin 2023-cü il 12 iyun tarixli sərəncamı ilə “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iq­tisadi inkişaf Strategiyası”nda nəzərdə tutulmuş tədbirlərin vaxtında və səmərəli icrasını gerçək­ləşdirmək və aidiyyəti dövlət orqanlarının fəaliy­yətlərinin əlaqələndirilməsi məqsədilə 8 işçi qrup yaradılıb.

XQ

Son xəbərlər