Hərbi Prokurorluğun Ulu öndərin 100 illik yubileyi münasibətilə keçirdiyi silsilə tədbirlər davam etdirilir.
Müdafiə Nazirliyi ilə birgə N saylı hərbi hissədə keçirilən tədbirdə baş ədliyyə müşaviri Firad Əliyev və ədliyyə müşaviri Samir Əzimzadə Ümummilli liderin şərəfli və mənalı ömründən, çoxşaxəli və zəngin fəaliyyətindən, ölkəmizin qüdrətlənməsində, xalqın rifahının yüksəldilməsində müstəsna xidmətlərindən və dünya siyasətinə verdiyi töhfələrdən bəhs ediblər.
Sonda Şəmistan Əlizamanlı vətənpərvər mahnılar oxuyub.
XQ