Heydər Əliyev Beynəlxalq Aeroportunda qarşılanma

post-img

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev avqustun 22-də Azərbaycan Respublikasına dövlət səfərinə gəlib.

Hər iki ölkənin Dövlət bayraqlarının dalğa­landığı Heydər Əliyev Beynəlxalq Aeroportun­da ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. 

Prezident Şavkat Mirziyoyevi və xanımı Ziroatxon Mirziyoyevanı hava limanında Azər­baycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Elnur Məmmədov və digər rəsmi şəxslər qarşıladılar.

AZƏRTAC

Son xəbərlər