Şəhidlərin xatirəsinə ehtiram

post-img

Azərbaycan Respublikasında dövlət səfərində olan Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev və xanımı Ziroatxon Mirziyoyeva avqustun 22-də Şəhidlər xiyabanını ziyarət ediblər.

Burada ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Prezident Şavkat Mirziyoyev “Əbədi məşəl” abi­dəsinin önünə əklil qoydu.

Bakının ən hündür nöqtəsindən Azərbaycan pay­taxtının mənzərəsini seyr edən ali qonağa Şəhidlər xiyabanının tarixi və paytaxtda görülən abadlıq-quru­culuq işləri barədə məlumat verildi.

AZƏRTAC

Son xəbərlər