Müdafiə Nazirliyinin məlumatı

post-img

Son günlər Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərindəki qeyri-qanuni erməni silahlı birləşmələrinin və Ermənistan silahlı qüvvələrinin qalıqlarının aktivliyi müşahidə olunur.

Müdafiə Nazirliyinin mətbuat xidmə­tindən bildiriblər ki, ərazidəki qeyri-qa­nuni birləşmələr və Ermənistan silahlı qüvvələrinin qalıqları tərəfindən döyüş mövqelərinin şəxsi heyət, silah-sursat baxımından gücləndirilməsi, eləcə də yeni müdafiə hədlərinin, səngərlərin, uzun müddətli fortifikasiya qurğularının hazırlanması və əraziyə minaların bas­dırılması müşahidə olunub.

Bundan başqa, qanunsuz hərbi bir­ləşmələrin üzvlərinin Qarabağ iqtisadi rayonunun bir neçə yaşayış məntəqə­sində müxtəlif təyinatlı döyüş texnikası, xüsusilə də hava hücumundan müdafiə və radioelektron mübarizə vasitələri­ni yerləşdirməsi, mülki əhalinin kütləvi şəkildə silahlandırması faktları da mə­lum olub. Planlaşdırılmış şəkildə atəş mövqeləri bir çox hallarda yaşayış evlə­rinin yaxınlığında yerləşdirilir.

Qeyd olunan fəaliyyətlərin dayan­dırılması barədə Azərbaycan tərəfinin tələblərinin dəfələrlə Rusiya sülhmə­ramlı kontingenti vasitəsilə Ermənistan tərəfinə bildiril­məsinə baxmayaraq, qey­ri-qanuni erməni silahlı birləşmələrinin daha da ak­tivləşməsi və Azərbaycan ərazilərində intensiv döyüş hazırlığı tədbirlərini həyata keçirməklə yeni təxribatlara hazırlıq işlərini görməsi mü­şahidə olunur.

Bu kimi qanunsuz və təhrikçi fəaliyyətlərin bölgə­də gərginliyin artmasına sə­bəb olduğunu nəzərə alaraq bildiririk ki, baş verə biləcək istənilən hadisələrə görə bütün məsuliyyət məhz Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşəcək.

***

Avqustun 14-də saat 19:25 radələ­rində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən atəş mövqelərinin dəstəyi ilə Azərbaycan Ordusunun Kəlbəcər rayo­nunun Mollabayramlı yaşayış məntəqə­si istiqamətində yerləşən mövqelərinin qarşısında təxribat məqsədilə mühən­dis işləri görməyə cəhd göstəriblər.

Bu haqda Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, aparılan işlərin dərhal dayandırılması və atəş nöqtələrinin susdurulması məqsədilə Ordumuzun bölmələri tərəfindən təxirəsalınmaz təd­birlər görülüb.

Son xəbərlər