Vətənə və dövlətə sədaqətlə xidmət edəcəklər

post-img

Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarının “N” saylı hərbi hissəsində gənc əsgərlərin andiçmə mərasimi keçirilib.

Çıxış edənlər Mülki Müdafiə Qoşun­larının sıralarına daxil olan gənc əsgərlə­rin andiçmə mərasiminin Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə təsa­düf etməsi ilə əlamətdar olduğunu vur­ğulayıblar. Bildirilib ki, Ulu öndərin layiqli davamçısı Prezident, Müzəffər Ali Baş Ko­mandan İlham Əliyevin müdrik rəhbərliyi ilə şanlı Ordumuz Ermənistan tərəfindən 30 ilə yaxın müddətdə işğal altında sax­lanılan əzəli torpaqlarımızı cəmi 44 günə işğaldan azad etdi, ərazi bütövlüyümüz bərpa olundu. Hazırda işğaldan azad olu­nan torpaqlarımızda geniş quruculuq işləri uğurla davam etdirilir.

Tədbirdə çıxış edən gənc əsgər Yusif Hüseynov hərbçi yoldaşları adından əs­gəri borcu şərəflə yerinə yetirəcəklərinə, Vətənə və dövlətə sədaqətlə xidmət edə­cəklərinə söz verib.

Valideyn Azər İsmayılov bu bütün komandir heyətinə, övladlarının Vətənə layiqli xidmət göstərməsi üçün hazırlan­masında zəhməti olan hər kəsə minnət­darlığını bildirib.

Mərasim şəxsi heyətin təntənəli mar­şla tribuna önündən keçidi ilə başa çatıb.

Son xəbərlər