Türkiyə media nümayəndələri Qarabağ və Şərqi Zəngəzurda

post-img

Dünən Türkiyədən olan media nümayəndələrinin Qarabağa və Şərqi Zəngəzura səfəri başlayıb.

Media nümayəndələri əv­vəlcə işğaldan azad edilmiş Ağdam şəhərinə gəliblər. On­lar burada Ermənistanın işğal dövründə törətdiyi dağıntılar, Ağdam azad edildikdən sonra Azərbaycan dövləti tərəfindən aparılan böyük quruculuq işləri ilə tanış olublar. 

Həmin gün qonaqlar Zən­gilan rayonunun Ağalı kəndinə də gəliblər. Burada onları Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubad­lı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Pre­zidentinin Xüsusi Nümayəndə­liyinin əməkdaşları qarşılayıb­lar.

Qardaş ölkədən olan me­dia nümayəndələrinə Ağalı kəndi barədə ətraflı məlumat verilib. Bildirilib ki, 27 il işğal altında olan Zəngilan rayonu da ermənilər tərəfindən tama­milə dağıdılıb, bütün infrast­ruktur məhv edilib. Rayonun təbiəti də ekoloji terrora məruz qalıb. Lakin 2020-ci ildə 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun parlaq Qələbəsindən sonra işğaldan azad edilən bütün ərazilərdə olduğu kimi, Zəngilanda da genişmiqyaslı tikinti-quruculuq işlərinə start verilib. 

Bildirilib ki, bir neçə gün əv­vəl Ağalı kəndinə Böyük Qayı­dışın növbəti mərhələsi həyata keçirilib və 106 nəfərdən ibarət daha 22 ailə kəndə köçürülüb. Hazırda Ağalıda ümumilikdə 526 nəfərdən ibarət 108 ailə məskunlaşıb. Köçürülmüş əhali üçün bütün infrastruktur - dövlət xidmətləri mərkəzi, məktəb, bağça, bank, poçt, ictimai iaşə obyektləri və sair imkanlar yaradılıb.

Türkiyəli jurnalistlərə Zən­gilan ərazisindən keçən Ho­radiz-Ağbənd dəmir yolunun, Əhmədbəyli-Horadiz-Minci­van-Ağbənd avtomobil yolu­nun tikintisinin sürətlə davam etdirilməsi barədə də məlumat verilib.

*** 

Türkiyənin media nü­mayəndələri Zəngilandan son­ra Laçına gəliblər.

Əvvəlcə onlar Laçın döv­lət-sərhəd buraxılış məntəqə­sinə baş çəkiblər. 

Jurnalistlər ermənilərin Laçın dövlət sərhəd-buraxılış məntəqəsindən keçidi zamanı bütün prosedurları izləyiblər. Keçid məntəqəsində ermə­nilərin qaydalara uyğun olaraq yoxlanıldıqdan sonra keçidi təmin edilib. Gün ərzində 20 nəfər erməniəsilli vətəndaş Er­mənistan istiqamətinə keçib.

Həmçinin, onlar Ermənis­tan tərəfində yük maşınlarının dayandırılmasını və bununla da Ermənistanın siyasi şou yaratmaqla təxribata əl atma­sının da şahidi olublar. Qardaş ölkənin media nümayəndələri bunu açıq-aşkar sərhəd-ke­çid məntəqəsindən müşahidə ediblər.

Q.QASIMOV, “Xalq qəzeti”

Son xəbərlər