Alimlərimiz Almatıda beynəlxalq konfransda

post-img

Əl-Fərabi adına Qazax Milli Universitetinin ev sahibliyi və TİKA, Türk Dünyası Bələdiyyələr Birliyi, TÜRKSOY, İSTESOB, İstanbul 29 Mayıs Universiteti, Ahi Kültürünü Araştırma və Eğitim Vəqfinin dəstəyi ilə Qazaxıstanın Almatı şəhərində keçirilən XI Beynəlxalq Altay Topluluqları Simpoziumunda azərbaycanlı alimlər də iştirak ediblər. 

Beynəlxalq tədbirin iştirak­çısı AMEA-nın Folklor İnstitutu­nun dosenti Aynur İbrahimova bildirib ki, tədbiri açan Əl-Fərabi adına Qazax Milli Universitetinin rektoru, professor Janseit Tuy­mebayev simpoziumun əhəmiy­yətindən danışaraq, beynəlxalq əməkdaşlığın genişləndirilməsi­nin önəmini vurğulayıb. 

Mötəbər tədbirdə Qırğızıstan, Özbəkistan, Türkiyə, Azərbay­can, Rusiya, Polşa, Macarıstan, Yaponiya, Tayvan, Monqolustan və başqa ölkələrdən 184 alim və tədqiqatçının məruzəsi dinlənilib. Simpoziumda AMEA Folklor İns­titutunun dosenti Qalib Sayılov “Türk xalqlarının mənəvi birliyinin qorunub saxlanması və elmi-mə­dəni əlaqələrin inkişafı”, Dilçilik İnstitutunun professoru İsmayıl Kazımov “Dağlıq Altay toponim­lərinin formalaşmasında sintaktik üsulun rolu” mövzusunda çıxış ediblər. 

“Xalq qəzeti”

Son xəbərlər