Gələn il ölkəmiz Beynəlxalq Müdafiə “ADEX” sərgisinə ev sahibliyi edəcək

post-img

Gələn il ölkəmiz regionda müdafiə sənayesinə həsr olunmuş ən nəhəng tədbir olan Azərbaycan Beynəlxalq Müdafiə “ADEX” sərgisinə ev sahibliyi edəcək.

Sentyabrın 24-26-da təş­kil ediləcək sərgi 5-ci yubi­leyini qeyd edəcək. “ADEX” sərgisi ilə paralel olaraq, 14-cü Beynəlxalq Daxili Təhlükə­sizlik, Mühafizə və Xilasetmə “Securex Caspian” sərgisi də keçiriləcək. Sərgilər Bakı Ekspo Mərkəzində təşkil ediləcək.

Tədbiri müxtəlif ölkələrin yüksəkrütbəli şəxsləri ziyarət edir. Ənənəvi olaraq, Prezi­dent İlham Əliyev “ADEX” və “Securex Caspian” sərgilə­ri ilə tanış olur. 2022-ci ildə təşkil edilmiş sərgilərin açılış mərasimində isə dövlətimizin başçısı ilə yanaşı, müdafiə naziri, general-polkovnik Za­kir Həsənov və müdafiə sə­nayesi naziri Mədət Quliyev də iştirak edib. 

“ADEX” sərgisi Azərbay­canın və dünya şirkətlərinin hərbi-sənaye komplekslərinin gücü və qüdrətinin genişmiq­yaslı nümayişi, hərbi-texniki sahədə yerli və xarici eks­pertlər arasında konstruktiv ünsiyyət, təcrübə mübadiləsi və səmərəli əlaqələrin qurul­masına şərait yaradır. Təd­biri ziyarət edən peşəkarlar müxtəlif ölkələri təmsil edən şirkətlərin təqdim etdiyi mü­dafiə kompleksindəki yenilik­lərlə, həmçinin Azərbaycanın güc strukturlarının satınalma potensialı ilə tanış ola bilə­cəklər.

Bu sərgi dəniz, hava və quru qoşunları üçün nəzərdə tutulmuş məhsulların, eləcə də milli təhlükəsizlik (Home­land Security) məhsullarının təqdim edilməsi üçün ideal platformadır. Bununla yana­şı, “ADEX” sərgisi sektorun iştirakçıları, ziyarətçiləri və ekspertləri arasında təcrübə mübadiləsinə, o cümlədən məhsulların regional müdafiə sənayesi bazarının tələblə­rinə uyğun olaraq modernləş­dirilməsinə şərait yaradır.

Növbəti il keçiriləcək “ADEX 2024” sərgisində təy­yarə və aviasiya sistemləri, dəniz gəmiləri və hərbi də­niz sistemləri, zirehli döyüş nəqliyyat vasitələri, hərbi laboratoriyalar, hərbi təhsil müəssisələri, logistika xid­mətləri, radioelektron sis­temlər, C4ISR, optik-elektron avadanlıq və sistemlər, pilot­suz sistemlər, hərbi geyim və ləvazimatlar, silah və sursat, simulyatorlar və təlim sis­temləri, radiasiya, kimyəvi və bioloji müdafiə (RKB), hərbi təşkilatlar, ixracın təşviqi ilə məşğul olan müəssisələr və digər sektorların təmsil olun­ması planlaşdırılır.

Son xəbərlər