Nazir vətəndaş qəbulu və sıra baxışı keçirib

post-img

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov iyulun 18-də və 19-da Mingəçevir Şəhər Polis Şöbəsində növbəti vətəndaş qəbulu keçirib. Həmin gün nazir 96 vətəndaşı dinləyib, 32-si Vətən müharibəsi iştirakçısı olmaqla 225 gənci polis orqanlarında xidmətə qəbul edib.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, nazir əvvəlcə Mingəçevir şəhərindəki Ümummilli lider Heydər Əli­yevin abidəsini ziyarət edərək əziz xatirə­sini ehtiramla yad edib.

Sonra Şəhər Polis Şöbəsinin inziba­ti binasında Yevlax, Ağdaş, Ucar, Şuşa, Tərtər, Mingəçevir şəhər və rayonların­dan qəbula gələn 96 vətəndaşın müra­ciətini dinləyən nazir onların problemləri­nin həlli üçün nazirliyin aidiyyəti baş idarə və idarə rəislərinə tapşırıqlar verib.

Müraciətlərin əksəriyyəti yerindəcə həll edilib.

Səfər çərçivəsində general-polkovnik Vilayət Eyvazov bölgə üzrə polis orqanla­rında sıravi və kiçik rəis heyətinə xidmətə qəbulla bağlı sıra baxışı keçirib.

Sıra baxışında ətraf rayonlarda ya­şayan, polis orqanlarında xidmət etmək arzusunda olan gənclər iştirak edib. 32-si Vətən müharibəsi iştirakçısı olmaqla xid­mətə qəbulun şərtlərinə uyğun gələn 225 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb.

“Xalq qəzeti”

Son xəbərlər