I yarımildə ölkədə bir sıra yeni obyekt istifadəyə verilib

post-img

Dövlət Statistika Komitəsinin məlumatına görə, cari ilin yanvar-iyun aylarında Bakı şəhərində İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin və Kənd Təsərrüfatı Nazirliyinin yeni inzibati binaları, “Bakı KOB evi”, “STEAM İnnovasiya Mərkəzi”, Cəbrayıl rayonunda “Cəbrayıl” qovşaq elektrik yarımstansiyası, “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında “Avto Lizinq Azərbaycan” MMC, Füzuli rayonunda Rəqəmsal Yarımstansiya və İdarəetmə Mərkəzi istifadəyə verilib.

Həmin dövrdə Füzuli–Hadrut avtomobil yolu, Xocavənd rayonunda Rəqəmsal İdarəetmə Mərkəzi, “Hadrut” qovşaq elektrik yarımstansiyası, Şükürbəyli–Cəbrayıl–Hadrut avtomobil yolu, Kəlbəcər rayonunda hərbi hospital, “Qamışlı” və “Meydan” kiçik su elektrik stansiyaları, Laçın rayonunda “Qorçu” və “Laçın”  elektrik yarımstansiyaları, Neftçala şəhərində Olimpiya İdman Kompleksi, Salyanda “Asan xidmət” Mərkəzi, “Azərişıq” ASC-nin Rəqəmsal İdarəetmə Mərkəzi, Tərtərin Talış Tapqaraqoyunlu–Qaşaltı sanatoriyası avtomobil yolu və Şuşada bir sıra mühüm əhəmiyyətli obyektlərin inşası başa çatdırılıb.  

“Xalq qəzeti”

 

Son xəbərlər