Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı
№ 228 Bakı şəhəri, 17 iyul 2023-cü il
“Azərbaycan Respublikasının aeroportlarında (hava limanlarında) xüsusilə mühüm şəxslər (VİP) və rəsmi nümayəndə heyətləri salonlarının xidmətlərindən istifadə hüququ olan Azərbaycan Respublikasının vəzifəli şəxslərinin Siyahısı”nın, “Azərbaycan Respublikasının aeroportlarında (hava liman-larında) xüsusilə mühüm şəxslər (VİP) və rəsmi nümayəndə heyətləri salonlarının xidmətlərindən istifadə hüququ olan xarici dövlətlərin və beynəlxalq təşkilatların nümayəndələrinin Siyahısı”nın və “Azərbaycan Respublikasının aeroportlarında (hava limanlarında) xüsusilə mühüm şəxslər (VİP) və rəsmi nümayəndə heyətləri salonlarından istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 29 oktyabr tarixli 322 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 29 oktyabr tarixli 322 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 10, maddə 1189; 2022, № 7, maddə 811; 2023, № 4, maddə 583) ilə təsdiq edilmiş 1 nömrəli əlavə - “Azərbaycan Respublikasının aeroportlarında (hava limanlarında) xüsusilə mühüm şəxslər (VİP) və rəsmi nümayəndə heyətləri salonlarının xidmətlərindən istifadə hüququ olan Azərbaycan Respublikasının vəzifəli şəxslərinin Siyahısı”nda aşağıdakı dəyişikliklər edilsin:
1. 13-cü hissəyə “Azərbaycan Respublikası Prezidenti Administrasiyasının şöbə müdirləri,” sözlərindən sonra “Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi,” sözləri əlavə edilsin.
2. 45-ci hissəyə “beynəlxalq təşkilatlarda daimi nümayəndələri” sözlərindən sonra “, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Xüsusi tapşırıqlar üzrə səfirləri” sözləri əlavə edilsin.
3. 48-ci hissədə “Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin” sözləri “Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin” sözləri ilə əvəz edilsin və həmin hissədən “və feldyegerləri” sözləri çıxarılsın.
Əli Əsədov,
Azərbaycan Respublikasının Baş naziri