Azərbaycanlı deputat ATƏT PA-nın komitə sədri seçilib

post-img

İyulun 3-də ATƏT PA-nın Kanadanın Vankuver şəhərində keçirilən 30-cu illik sessiyasında qurumun İqtisadi məsələlər, ətraf mühit, elm və texnologiya Baş Komitəsinin sədri vəzifəsinə seçkilər keçirilib. 

Seçkilərdə Azərbaycan nümayəndə heyətinin rəhbəri Azay Quliyev və Avst­riya nümayəndə heyətinin, həmçinin Ya­şıllar Partiyasının üzvü David Stüqmüller iştirak ediblər. Gizli səsvermə nəticəsin­də Azay Quliyev 50 səs, David Stüqmül­ler 23 səs toplayıb. Beləliklə, azərbay­canlı deputat ATƏT PA-nın komitə sədri seçilib. 

Qeyd edək ki, ATƏT PA-nın komitə sədri seçilmiş deputatlar həm də Büro üzvü sayılırlar.

Son xəbərlər