Türkiyənin Xarici işlər naziri Azərbaycana gəlir

post-img

Türkiyənin Xarici işlər naziri Hakan Fidan Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun dəvəti ilə Azərbaycana səfər edəcək.

Bu barədə Türkiyə XİN məlumat yayıb.

Qeyd olunub ki, o, iyulun 5-6-da Bakı­da təşkil olunacaq Qoşulmama Hərəkatı Koordinasiya Bürosu nazirlərinin görü­şünə qatılacaq.

Nazirin toplantı çərçivəsində keçirilə­cək Qoşulmama Hərəkatının Fələstin Na­zirlər Komitəsinin iclasında və ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə keçiriləcək tədbirdə iştirak edəcəyini bildirilib.

Son xəbərlər