Nazirlər Kabinetinin 2 dekabr 2022-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əlavə dəyər vergisindən azad olunan bilavasitə kənd təsərrüfatı təyinatlı suvarma və digər qurğuların, maşınların, avadanlıqların və texnikaların, habelə onların ehtiyat hissələrinin Siyahısı”nda dəyişiklik edilib.
Baş nazir Əli Əsədovun imzaladığı qərara əsasən, kənd təsərrüfatı və yaxud bağçılıq üçün daşınan qurğular, kənd təsərrüfatında istifadə üçün nəzərdə tutulan pnevmatik qaldırıcılar və konveyerlər, taxılyığan kombaynlar və digər qurğu və maşınlar ƏDV-dən azad edilib.
“Xalq qəzeti”