Mövqelərimiz atəşə tutulub

post-img

İyunun 22-si saat 02:15-də Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Brun yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən ordumuzun Laçın rayonunun Əhmədli yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

Bu barədə Müdafiə Nazirliyinin mət­buat xidmətindən məlumat verilib.

Bildirilib ki, bundan başqa, iyunun 21-i saat 23:05-dən iyunun 22-si saat 08:15-dək Rusiya sülhməramlı kontin­gentinin müvəqqəti yerləşdiyi Azərbay­can ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri Azərbaycan Ordusunun Xocavənd, Şuşa və Xoca­lı rayonları istiqamətlərində yerləşən mövqelərini də atıcı silahlardan fasilələr­lə atəşə tutublar.

Bölmələrimiz tərəfindən qeyd olunan bütün istiqamətlərdə adekvat cavab təd­birləri görülüb.

Həmçinin qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri kənd təsərrüfatı işlə­ri adı altında ordumuzun Ağdam və Xo­calı rayonları istiqamətlərində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər.

Azərbaycan Ordusunun bölmələrinin gördükləri təxirəsalınmaz tədbirlər nəti­cəsində aparılan mühəndis işləri dərhal dayandırılıb.

* * *

“İyunun 22-si saat 13:00 radələrində Azərbaycan Ordusunun bölmələrinin Ağ­dərə rayonu istiqamətində atəş açması nəticəsində qeyri-qanuni erməni silahlı dəstələrinin bir üzvünün

yaralanması barədə sorğuya cavab olaraq bildiririk ki, bölmələrimiz qeyd olu­nan istiqamətdə atəş açmayıb”, – məlu­matda qeyd edilib.

“Xalq qəzeti”

Son xəbərlər