Qurbаn bayrаmı iyunun 28-nə təsadüf edəcək

post-img

Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurası dünən Qurban bayramı ilə bağlı fətva verib. 

“AMEA Şamaxı Astrofizika Rəsə­dxanasının 2023-cü il hesablamalarına əsasən Azərbaycan üfüqündə Hilalın görünməsinə uyğun olaraq builki Qurbаn bayrаmı Zilhiccə ayının 10-na – Miladi təqvimlə iyunun 28-nə təsadüf edəcək. Şəriətə uyğun olaraq Qurban kəsimi hə­min tarixdən başlayaraq 3 gün davam edə bilər. İyun ayının 28-də məscidləri­mizdə Bayram namazı qılınacaq...

Əziz qardaş və bacılar! Hədislərdə qeyd olunduğu kimi, Qurban bayramının gecəsi və günü duaların Allah-təala tərə­findən qəbul olduğu zamandır. Bu niyyət­lə bu il anadan olmasının 100 illiyini qeyd etdiyimiz, dövlətçiliyimizin qurucusu Ulu Öndər Heydər Əliyevi rəhmətlə yad edir, dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin, eləcə də ölkəmizin Birinci vitse-prezi­denti Mehriban xanım Əliyevanın misilsiz fəaliyyətlərinə Azərbaycan dindarlarının xeyir-dualarını çatdırır, bu mübarək gün­lərdə onlara və ailələrinə ən böyük İlahi nemət olan cansağlığı diləyirik.

Qafqaz Müsəlmanları İdarəsi və Qa­zılar Şurası müqəddəs Qurban bayramı münasibətilə dünya müsəlmanlarını və Azərbaycan xalqını, Zəfər sevincimizdə payı olan şanlı Ordumuzun əsgər və za­bitlərini təbrik edir, Allah, Vətən və Zəfər uğrunda canlarını qurban edən şəhidləri­mizə rəhmət, qazilərimizə şəfa arzulayır. Allah-Taala dövlətimizə qüdrət, xalqımıza əzəmət, süfrələrimizə bərəkət bəxş etsin! Dua və ibadətləriniz qəbul, Qurban bay­ramınız mübarək olsun!”, – deyə QMİ-nin fətvasında bildirilib.

Son xəbərlər