Çexiya–Azərbaycan parlamentləri arasında münasibətlər genişlənir

post-img

Milli Məclisin Sədri Sahibə Qafarova iyunun 22-də ölkəmizdə səfərdə olan Çex Respublikası Parlamentinin Deputatlar Palatasında Çexiya–Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri ilə görüşüb. 

O, bu səfərin iki ölkənin qanunverici­lik orqanları arasında münasibətlərin ge­nişlənməsinə töhfə verəcəyinə ümidvar olduğunu deyib. Görüşdə parlamentlə­rimizin dostluq qrupları arasında təmas­ların, qarşılılqlı səfərlərin əhəmiyyəti ilə bağlı fikirlər səsləndirilib. Azərbaycanın Avropanın etibarlı enerji təchizatçısı və mühüm iqtisadi tərəfdaş ölkə olaraq əldə etdiyi nailiyyətləri diqqətə çatdırılıb.

Bildirilib ki, hazırda Azərbaycan işğal­dan azad olunmuş ərazilərdə ermənilər tərəfindən dağıdılmış bütün infrastruktu­ru, şəhərləri, kəndləri yenidən tikir, bər­pa edir. Bununla yanaşı, işğal dövründə və üçtərəfli bəyanatın imzalanmasından sonrakı müddətdə Ermənistan tərəfindən ərazilərin minalanmasının işğaldan azad olunmuş torpaqlarda bərpa – quruculuq işlərinə yaratdığı maneə və təhlükələr diqqətə çatdırılıb. Həmçinin Azərbayca­nın sülh istədiyi, Ermənistanla sülh sazi­şinin imzalanması təşəbbüsünü irəli sür­düyü, hazırda sülh danışıqlarının davam etdiyi bildirilib. 

Çex Respublikası Parlamentinin De­putatlar Palatasında Çexiya–Azərbay­can parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Yan Kubik Azərbayca­na, o cümlədən, işğaldan azad olunmuş Ağdam rayonuna səfərləri, keçirdiyi gö­rüşlərlə bağlı təəssüratlarını bölüşüb. O, ölkələrimiz haqqında həqiqətlərin, məlu­matların ictimaiyyətə doğru çatdırılması, parlamentlərimiz arasında əlaqələrin ge­nişləndirilməsi baxımından bu cür səfər­lərin önəmini qeyd edib.

Ə.BƏDƏLOV, “Xalq qəzeti”

Siyasət