Hikmət Hacıyevin “Yüksəliş” müsabiqəsi qalibləri ilə görüşü

post-img

Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev ikinci “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb. 

Görüşdə Prezident Administrasiya­sının Humanitar siyasət, diaspor, multi­kulturalizm və dini məsələlər şöbəsinin müdiri, “Yüksəliş” müsabiqəsinin Təşkilat Komitəsinin sədri Fərəh Əliyeva, gənclər və idman nazirinin müavini, “Yüksəliş” müsabiqəsinin İşçi qrupunun rəhbəri Fər­had Hacıyev də iştirak ediblər. 

Prezidentin köməkçisi Hikmət Hacı­yev ikinci “Yüksəliş” müsabiqəsinin qalib­lərini müsabiqədə əldə etdikləri nailiyyət münasibətilə təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Hikmət Hacıyev hazırda müxtəlif sahələrdə möv­cud olan məsələlərin araşdırılmasında və onların həlli yollarına dair təkliflər ha­zırlanmasında vətəndaş cəmiyyəti təsi­satlarının fəal iştirakının əhəmiyyətindən söz açıb, bu istiqamətdə qaliblərin sualla­rını cavablandırıb. Bundan əlavə, düzgün kommunikasiyanın qurulması və kommu­nikasiyanın idarəetmədəki mühüm rolu barədə fikir mübadiləsi aparılıb. 

“Yüksəliş” müsabiqəsinin İşçi qrupu­nun rəhbəri Fərhad Hacıyev Hikmət Ha­cıyevə iştirak üçün təşəkkürünü bildirərək gələcəkdə belə görüşlərin mütəmadi təş­kil ediləcəyini deyib. 

Xatırladaq ki, “Yüksəliş” müsabiqəsi­nin 20 qalibini bir il ərzində idarəçi rəhbər­lərdən – iri şirkətlərin top-menecerlərindən və dövlət orqanlarının rəhbərlərindən fərdi karyera məsləhətləri almaq imkanı, kadr ehtiyatı bankına daxil edilmə və 20 min manat dəyərində pul mükafatı gözləyir. 

Qeyd edək ki, “Yüksəliş” müsabiqəsi Prezident İlham Əliyevin 2019-cu il iyulun 26-da imzaladığı Sərəncamla təsis olu­nub. Müsabiqə 5 mərhələdən ibarətdir. Müsabiqə qalibləri idarəçi rəhbərlər tərə­findən birillik fərdi inkişaf planı və hər biri 20 min manat məbləğində özünüinkişaf qrantı əldə edirlər. Azərbaycan Respub­likasının Prezidenti İlham Əliyev 2022-ci il dekabrın 20-də üçüncü “Yüksəliş” mü­sabiqəsinin keçirilməsi ilə bağlı Sərəncam imzalayıb. 

 

Qəzənfər QASIMOV, “Xalq qəzeti”

Son xəbərlər