Tehranda Azərbaycan səfirliyinin təhlükəsiz fəaliyyətinə zəmanət verilməlidir

post-img

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ayxan Hacızadə İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi Nasir Kənaninin səfirliyin bərpa oluna biləcəyi ilə bağlı açıqlamasına münasibət bildirib.

Ayxan Hacızadə son zamanlar Azər­baycanla İran arasında bir sıra təmasların həyata keçirildiyini bildirib. O əlavə edib ki, xarici işlər nazirləri arasında baş tut­muş danışıqlar zamanı ölkələrimiz arasın­da yaranmış məlum vəziyyətə dair ətraflı fikir mübadiləsi aparılıb.

“Cari ilin yanvar ayında terror hücumu nəticəsində fəaliyyətini dayandırmış səfir­liyimizin işinin bərpa olunması məsələsinə gəldikdə qeyd edək ki, Azərbaycan terror hücumu ilə bağlı istintaqın başa çatdırıla­cağını gözləyir. Terror aktını törədənlər və sifarişçilər məsuliyyətə cəlb olunmalı, ən sərt şəkildə cəzalandırılmalıdır. Azərbay­can tərəfi əmin olmalıdır ki, səfirliyin təh­lükəsiz fəaliyyəti üçün şərait mövcuddur və bununla bağlı tam zəmanət verilməli­dir”, – deyə Azərbaycan Xarici İşlər Nazir­liyinin mətbuat katibi vurğulayıb.

Qeyd edək ki, iyunun 12-də İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin mətbuat katibi Nasir Kənani Azərbaycan­la münasibətlərə toxunarkən bildirib: “Dip­lomatik tədbirlər nəticəsində gərginliyin nəzarət altına alınması ilə bağlı müsbət nəticə əldə edildiyinə inanırıq. Hazırda gərginlik mərhələsindən yeni mərhələyə keçid və Azərbaycanın Tehrandakı səfir­liyinin rəsmi fəaliyyətini bərpa etmək üçün danışıqlar mərhələsindəyik. Yeni praktik addımlar atmaq üçün dialoqa və fikir mü­badiləsinə ehtiyacımız var”. 

 

“Xalq qəzeti”

Siyasət