Qazaxıstan Respublikasının Prezidenti Zati-aliləri cənab Kasım-Jomart Tokayevə

post-img

Hörmətli Kasım-Jomart Kemeleviç, 

Abay bölgəsində baş vermiş güc­lü meşə yanğınlarının çox sayda insan tələfatına səbəb olması və ağır fəsadlar doğurması xəbəri bizi son dərəcə kədər­ləndirdi. 

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Qazaxıstan xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüzn-lə başsağlığı verir, yaralananlara şəfa diləyir, təbii fəlakətin nəticələrinin tezliklə aradan qaldırılmasını arzulayıram. 

Allah rəhmət eləsin! 

 

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti 

Bakı şəhəri, 11 iyun 2023-cü il

Məktublar