Nazirlər Kabineti iş və istirahət günlərinin yerlərinin dəyişdirilməsi haqqında qərar verib.
“Xalq qəzeti” xəbər verir ki, qərara əsasən, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2023-cü ilin 27 və 30 iyun iş günləri ilə müvafiq olaraq 24 və 25 iyun istirahət günlərinin yerləri dəyişdirilib.
Qeyd edək ki, 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günüdür. Nazirlər Kabinetinin qərarına əsasən, bu il iyunun 28, 29-u isə Qurban bayramı günləri müəyyən edilib.
“Xalq qəzeti”