Hollandiya ordusu “MQ-9” PUA-larını silahlandırır

post-img

Hollandiyanın Müdafiə Nazirliyi “MQ-9 Reaper” PUA-sı üçün silah-sursat tədarük edir. Bu, 2022-ci il üçün Hollandiya müdafiə doktrinasında da əksini tapıb.

“Xalq qəzeti” xəbər verir ki, Hollandiya Müdafiə Nazirliyi 2011-ci ildə “MQ-9 Reaper” layihəsinə start verdikdə PUA-nın silahlanmasına ehtiyac olmayıb və o,  yalnız kəşfiyyat məqsədilə istifadə edilib. Lakin Rusiya-Ukrayna müharibəsi vəziyyəti kökündən dəyişib və “Reaper”-in silahlandırılması qərara alınıb.

Hollandiyalılar ilk PUA-nın silahlandırılmasını 2025-ci ilə qədər, qalanlarını isə 2028-ci ilə qədər başa çatdırmağı düşünürlər. 

Hazırda 4 “MQ-9 Reaper”-ə malik olan Hollandiya ordusu ABŞ-dan əlavə olaraq 4 ədəd eyni PUA da tədarük edəcək. 

Qeyd edək ki, “MQ-9”-da üçün nəzərədə tutulmuş silahlar F-35 təyyarələrində istifadə edilən lazer başlıqlı GBU bombaları və Apache helikopterlərindən atılan Hellfire hava-hava raketlərinin yeni versiyasıdır. 

Elşən AĞALAR,

“Xalq qəzeti”

Dünya