DİN BMT qurumları ilə əməkdaşlıq edir

post-img

Azərbaycan Respublikasının daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov mayın 24-də BMT-nin Narkotiklər və Cinayətkarlıq İdarəsinin Mərkəzi Asiya üzrə nümayəndəsi xanım Aşita Mittalın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Daxili İşlər Nazirliyinin mətbuat xid­mətindən bildiriblər ki, nazir BMT-nin bir çox təsisatları ilə nazirlik arasındakı sıx əməkdaşlıq əlaqələrinin mövcudluğunu, ölkəmizin BMT-nin terrorçuluğa, transmil­li mütəşəkkil cinayətkarlığa, narkotiklərin dövriyyəsinə, qanunsuz miqrasiyaya və insan alverinə qarşı mübarizə üzrə mü­vafiq konvensiya və protokolların iştirak­çısı olaraq, Təşkilatın bir çox xüsusi qu­rum və orqanları ilə faydalı əməkdaşlıq münasibətlərini davam etdirdiyini vurğu­layıb. 

Xanım Aşita Mittal Azərbaycanda təhlükəsizlik məsələlərinin uğurla həya­ta keçirildiyini, hüquq-mühafizə, o cüm­lədən polis orqanlarının bu istiqamətdə üzərlərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəldiklərini xatırladıb. O, BMT-nin Azərbaycandakı strukturları ilə Daxili İşlər Nazirliyi arasındakı əməkdaşlığın bundan sonra daha da genişlənəcəyinə əminliyini ifadə edib. 

Görüşdə qarşılıqlı maraq doğuran di­gər məsələlər ətrafında geniş fikir müba­diləsi aparılıb.

 

“Xalq qəzeti”

Son xəbərlər