Dünən fövqəladə hallar naziri Kəmaləddin Heydərov nazirliyin Sumqayıt Regional Mərkəzində şəhərin və Qubadlı rayonunun sakinləri ilə görüşüb.
Görüşdə müraciətlərin əksəriyyəti yerindəcə öz həllini tapıb, bir sıra məsələlərlə bağlı qanunvericiliyə uyğun dərhal zəruri tədbirlərin görülməsi barədə nazirliyin aidiyyəti strukturlarının rəhbərlərinə tapşırıqlar verilib.
Görüşə gələn vətəndaşlar onların müraciətlərinə yerində və operativ yanaşılması üçün yaradılan şəraitə görə ölkə Prezidentinə minnətdarlıq ediblər.
Qəzənfər QASIMOV, “Xalq qəzeti”

