Vətən müharibəsinin daha 14 iştirakçısı polis orqanlarında xidmətə qəbul olunub

post-img

Aprelin 11-də daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov respublikanın şəhər, rayon polis orqanlarında sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olan gənclərin növbəti sıra baxışını keçirib. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. 

Sıra baxışında nazirliyə onlayn qay­dada müraciət etmiş gənclərdən daha hazırlıqlı olan 132 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb. On­lardan 14 nəfəri Vətən müharibəsinin iştirakçısı olub. 

Gənclərlə görüşdə çıxış edən nazir V.Eyvazov xidmətə qəbulun şəffaflıq və aşkarlıq prinsipləri əsasında keçirildiyini qeyd edib. O, seçim turunun digər mər­hələlərindən də uğurla keçərək, daxili işlər orqanlarında xidmətə qəbul edilə­cək gənclərə gələcək fəaliyyətlərində uğurlar arzulayıb, tapşırıq və tövsiyələ­rini verib.

“Xalq qəzeti”

Son xəbərlər