Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Heydər Əliyev İli”nə həsr olunmuş "Ümummilli lider Heydər Əliyev və Azərbaycan iqtisadiyyatı" mövzusunda bilik yarışı keçirilib. Test üsulu ilə 4 dildə keçirilən bilik yarışında ümummilli lider Heydər Əliyevin ölkə iqtisadiyyatındakı rolu və misilsiz xidmətləri ilə bağlı suallar tələbələr tərəfindən cavablandırılıb.
Bilik yarışında ən yüksək nəticəni Rus İqtisad Məktəbinin maliyyə ixtisası üzrə tələbəsi Fəhmin Muradov əldə edib.
İkinci yerin sahibi İqtisadiyyat və idarəetmə fakültəsinin iqtisadiyyat ixtisası üzrə tələbəsi Bənzərim Baxışov, üçüncü yerin sahibi isə Türk dünyası iqtisad fakültəsinin dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə tələbəsi Yeganə Vəliyeva olub.

