Çinli gimnast dünya kuboku yarışlarında fəxri kürsünün ən yüksək pilləsinə qalxıb

post-img

Çinli idman gimnastı Qiyuan Qiu Bakıda keçirilən dünya kuboku yarışlarında fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

AZƏRTAC xəbər verir ki, qadınlar arasında müxtəlif hündürlüklü qollar üzrə yarışların finalında uğurla çıxış edən Çin təmsilçisi hakimlərdən 14,700 xal alıb.

İtaliyalı gimnast Giorgia Villa 14 xalla yarışı ikinci, Niderland təmsilçisi Sanna Virman 13,766 xalla üçüncü pillədə başa vurublar.

Martın 12-də yekun vurulacaq turnirdə rekord sayda - 49 ölkədən 173 idmançı iştirak edir.

Dünya kuboku yarışlarının yekununda ən yüksək icra xalını toplamış gimnastlara ənənəvi “AGF Trophy” kuboku təqdim olunacaq.

Son xəbərlər