“Heydər Əlıyev İli” çərçivəsində ağacəkmə aksiyası: Kəsmək yox, əkmək və yaşıllığa bir dəstək

post-img

Azərbaycan Bələdiyyələrinin Milli Assosiasiyaları bələdiyyələri bir araya gətirib. Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə şəhər, qəsəbə və kəndlərdə bələdiyyə üzvləri genişmiqyaslı ağacəkmə aksiyalarına qoşulub.

Bu barədə AZƏRTAC-a assosiasiyadan məlumat verilib.

Milli Assosiasiyaların, eləcə də Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin təşkilatçılığı ilə keçirilən aksiya Bakının Nərimanov rayonu, şəhid Zaur Nudrəliyevin adını daşıyan ərazidə baş tutub.

Aksiya zamanı Abşeron yarımadasının iqliminə uyğun olaraq 200-dən artıq iynəyarpaqlı ağac əkilib, suvarma işləri, aqrotexniki qulluq işləri aparılıb, ətrafda abadlıq işləri görülüb. Azərbaycan Bələdiyyələrinin Milli Assosiasiyalarının nəzarəti ilə əkilən ağaclara yerli bələdiyyələr tərəfindən daimi qulluq göstəriləcək.



Son xəbərlər