Daxili Qoşunların hərbi qulluqçularının bir qrupu medallarla təltif edilib - SƏRƏNCAM

post-img

Martın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçularının təltif edilməsi ilə bağlı Sərəncam imzalayıb.

AZƏRTAC xəbər verir ki, Sərəncama əsasən, xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə Daxili Qoşunların hərbi qulluqçularının bir qrupu təltif olunub. İki nəfər “Vətən uğrunda”, on nəfər “Hərbi xidmətlərə görə” medallarına layiq görülüb.

Xatırladaq ki, 12 mart - Daxili Qoşunların yaranması günüdür. Ulu Öndər Heydər Əliyevin 1995-ci il 9 mart tarixli Fərmanı ilə Daxili Qoşunların şəxsi heyətinin Ermənistanın hərbi təcavüzünə qarşı döyüşə başladığı ilk gün – martın 12-si Daxili Qoşunlar Günü kimi təsis olunub.

Son xəbərlər