Gəncədə aksiya: “Novruz bayramını təmiz şəhərlə qarşılayaq”

post-img

Gəncə şəhərində “Novruz bayramını təmiz şəhərlə qarşılayaq” devizi ilə təmizlik və abadlıq işləri görülüb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin xüsusi texnikaları və canlı qüvvəsi tərəfindən səhər saatlarından başlayaraq küçə və prospektlərin, səki kənarlarının, bordürlərin və işıq dirəklərinin, yol kənarındakı məhəccərlərin, park və istirahət yerlərində oturacaqların, dayanacalaqların yuyulması həyata keçirilib. Eyni zamanda, şəhər ərazisinə yerli iqlimə uyğun yeni ağaclar, kollar, güllər əkilib, rəngbərəng güllərdən yaraşıqlı kompozisiyalar yaradılıb, yaşıllıq zolaqları və parklarda qazon örtüyünün yenilənməsi aparılıb.

Ağacların qurumuş budaqları budanıb, mövsümlə əlaqədar yaşıllıqlara aqrotexniki qulluq göstərilib, təbii gübrələr verilib. Gəncənin park və xiyabanlarına, küçələrinə gözəllik verən güllər və həmişəyaşıl kollar əkilib.

Həyata keçirilən aksiya Novruza hazırlıq məqsədi daşıyır.



Son xəbərlər