İranın güc nazirlikləri milliyyətinə baxmayaraq, bütün mübariz insanları hədəfə götürür. Bu zaman etnik azlıqların nümayəndələrinə qarşı xüsusi amansızlıqla davranılır.
İranda etnik bəlucların yaşadığı Zahidan şəhərində gənc həkim İbrahim Rigi polis bölməsində döyülərək öldürülüb. Bu barədə Bəluc Fəallarının Kampaniyası məlumat yayıb. Polis bölməsində gənc mütəxəssisin işgəncə altında həyatını itirdiyi göstərilir.
Xatırladaq ki, İbrahim Rigi oktyabr ayında etiraz aksiyalarına qoşulduğu üçün həbs edilmiş və yanvarın 1-də girov qarşılığında müvəqqəti sərbəst buraxılmışdı.
“Xalq qəzeti”