Şərurun Həmzəli və Axura kəndlərində yeni obyektlər

post-img

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli Şərur rayonunun Həmzəli və Axura kəndlərində aparılan kompleks quruculuq işləri ilə tanış olub.

Həmzəli kəndində yenidən quru­lan kənd tam orta məktəbi ilə tanışlıq zamanı məlumat verilib ki, ikimərtəbə­li, 198 şagird yerlik məktəbdə 11 sinif otağı, fizika, kimya-biologiya laborato­riyaları, hərbi kabinə, STEAM kabinə­si, kitabxana, idman zalı, şahmat sinfi, kompüter, müəllimlər və digər otaqlar yerləşir. Burada internetə çıxışı olan 14 kompüter və 4 elektron lövhə qu­raşdırılıb. 

Məktəbin pedaqoji kollektivi ilə gö­rüşdən sonra Həmzəli kənd yolunda görülən işlər barədə bildirilib ki, ümumi uzunluğu 9 kilometr olan yolun əsas və köməkçi hissələrinə birqat asfalt örtü­yü, 800 metr kənddaxili yola isə qum-çınqıl qatı verilib.

Kənd və xidmət mərkəzlərində ya­radılan şərait barədə məlumat verilib ki, 2 mərtəbəli kənd mərkəzində inzi­bati ərazi dairəsi üzrə nümayəndəlik, bələdiyyə, rabitə evi, poçt, polis sahə məntəqəsi, kitabxana, Yeni Azərbay­can Partiyası ərazi ilk təşkilatı, feld­şer-mama məntəqəsi, arxiv, klub, 38 yerlik zal, qazanxana və digər otaqlar yerləşir. Xidmət mərkəzində isə ərzaq və təsərrüfat malları mağazaları, ət sa­tışı yeri, bərbər, qadın gözəllik salonu və 1 anbar fəaliyyət göstərir.

Həmin gün Axura kəndində kənd mərkəzi, həkim ambulatoriyası və ye­nidən qurulan 7,1 kilometrlik kənd yolu ilə də tanışlıq olub.

Səbuhi HƏSƏNOV

Son xəbərlər