Fevralın 24-də SOCAR-ın prezidenti Rövşən Nəcəf “Wood” şirkətinin icraçı prezidenti Stiv Nikol ilə görüşüb.
XQ xəbər verir ki, görüşdə tərəflər arasında uğurlu əməkdaşlıqdan məmnunluq ifadə olunub, birgə həyata keçirilən layihələrin icra vəziyyəti müzakirə edilib.
Söhbət zamanı SOCAR-ın ölkə daxilində və xaricdə həyata keçirdiyi layihələr, eləcə də “midstream”, “upstream”, “downstream”, bərpaolunan enerji, rəqəmsallaşdırma sahələrində əməkdaşlıq imkanları nəzərdən keçirilib, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.



