TAP-ın icraçı direktoru Luka Şippati mediaya müsahibəsində bildirib ki, Cənub Qaz Dəhlizi Xəzər dənizində hasil edilən qazı Avropa bazarlarına uğurla çatdırır. Bununla da artıq 5 ildir ki, Avropanın enerji təchizatının təhlükəsizliyinə böyük töhfə verilir.
O vurğulayıb ki, Avropaya bu müddətdə 47 milyard kubmetrdən çox qaz ixrac olunub ki, bunun da 39 milyard kubmetri İtaliyaya nəql edilib.
İraçı direktorun sözlərinə əsasən, TAP nominal ötürücülük qabiliyyətini keçib: “Boru kəməri etibarlı, davamlı mənbəyə – Azərbaycana arxalanıb. Azərbaycan Avropaya sübut edib ki, o davamlı və etibarlı təchizatçıdır. Biz istənilən riskləri real vaxt ərzində süni intellekt və dron kimi texnologiyalarla idarə edə bilirik. Bütün bu texnologiyalar gündəlik boru kəmərinin etibarlılığını təmin edir”.