Bankların qazancı 898 milyon manata çatıb

post-img

Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən, cari ilin birinci rübündə respublikada fəaliyyət göstərən banklar kredit faizlərindən 897,8 milyon manat (ötən ilin eyni dövrü ilə müqayisədə 168,7 milyon manat və ya 23,1 faiz çox) gəlir əldə edib.

Bildirilib ki, 2024-cü ilin yanvar – mart aylarında ölkədə fəaliyyət göstərən banklar kredit faizlərindən 729,1 milyon manat gəlir əldə etmişdi. Bu ilin yanvarında banklar kredit faizlərindən 294,9 milyon manat, fevralda 298,5 milyon manat, martda isə 304,4 milyon manat qazanıb.

Qeyd edək ki, cari ilin mart ayının sonuna bankların ümumi kredit portfeli 27,9 milyard manat olub. Bunun 14,9 milyard manatını biznes kreditləri, 8,6 milyard manatını istehlak kreditləri, 4,4 milyard manatını isə ipoteka kreditləri təşkil edib.

 

İqtisadiyyat