Karbamidin 70 faizi ixrac edilir

post-img

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, cari ilin I rübündə Azərbaycanda 137,2 min ton (ötən ilin eyni dövrü ilə müqayisədə 17,8 faiz çox) karbamid istehsal edilib. Aprelin 1-nə isə ölkədə 28,1 min ton hazır məhsul ehtiyatı olub.

Xatırladaq ki, karbamid (azot gübrəsi) Azərbaycan Dövlət Neft Şirkətinin Sumqayıt Kimya Sənaye Parkının ərazisində yerləşən Karbamid zavodunda istehsal edilir.  Müəssisə 2019-cu il yanvarın 16-dan fəaliyyət göstərir, il ərzində 435 milyon kubmetr təbii qazdan xammal kimi istifadə etməklə 650–660 min ton karbamid istehsal etmək gücündədir. İstehsal həcminin 70 faizi ixrac üçün nəzərdə tutulur.

İqtisadiyyat