İşsizlik azalmaqda davam edir

post-img

Beynəlxalq Valyuta Fondu Azərbaycanda işsizlik səviyyəsinin 2024-cü ildəki 5,4 faizdən 2025-ci ildə 5,3 faizə qədər azalacağını proqnozlaşdırır. Qurumun məlumatına görə, ölkəmizdə işsizlik göstəricisi gələn il də 5,3 faiz səviyyəsində qalacaq.

Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatında isə bildirilir ki,  2025-ci il martın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1 milyon 758,8 min nəfər olub. Bunun da 878,5 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 880,3 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib. Muzdla işləyənlərin 18,7 faizi təhsil, 18,6 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 13,7 faizi sənaye, 8,5 faizi isə əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi sahələrində məşğul olub.

 

İqtisadiyyat