Kimya sənayesinin yeni yüksəlişi

post-img

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, bu ilin yanvar ayında Azərbaycanda kimya sənayesi, əczaçılıq məhsullarının, rezin və plastik kütlə məmulatlarının istehsalı sahələrində 185,3 milyon manatlıq məhsul istehsal edilib.

Cari ilin ilk ayında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kimya sənayesi məhsullarının istehsalı 35,9 faiz artıb, əczaçılıq məhsullarının istehsalı 30,2 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı isə 3,7 faiz azalıb.

Məlumata görə, hesabat dövründə ölkədə kimya sənayesi məhsullarından polietilen istehsalı 30,3 faiz, propen (propilen) istehsalı 26,6 faiz, etilen istehsalı 19,1 faiz, karbamid istehsalı isə 3,6 faiz artıb.

 

İqtisadiyyat